Fransada parlament seçkiləri: exit-poll məlumatları dərc olunub

Qarşıda ölkəni seçkilərin daha bir mərhələsi gözləyir

...Fransada iyunun 30-u axşam saatlarında parlament seçkilərinin birinci turunda səsvermə başa çatıb.

Exit-poll nəticələrinə görə, ilk turda ifrat sağçı “Milli Assosiasiya” partiyası qalib gəlir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Le Figaro və BFM TV-yə istinadən xəbər yayıb.

Qarşıda Fransanı seçkilərin daha bir mərhələsi gözləyir. Və majoritar sistem olduğundan ikinci turda vəziyyət dəyişə bilər.

Belə ki, Ifop exit-poll-un nəticələrinə görə, rəsmi lideri rusiyayönlü Marin Le Pen olan “Milli Assosiasiya” partiyası seçicilərin 34,2 faizinin dəstəyini alır.

İfrat solçu Xalq Cəbhəsi 29,1 faiz səslə ikinci yerdədir. Amma prezident Emmanuel Makronun siyasi qüvvəsi 21,5 faiz səslə üçüncü yerdə olacaq.

Lakin Elabe-nin BFMTV, RMC və La Tribune üçün keçirdiyi exit-poll “Milli Assosiasiya”ya bir qədər az – 33 faiz səs verir. Xalq Cəbhəsi 28,5 faiz, Makronun koalisiyası isə 22 faiz səs toplaya bilər.

Qeyd edilməlidir ki, Fransada parlament seçkilərinin birinci turunda seçici fəallığı 21-ci əsrdə ən yüksək göstərici olub və ilkin olaraq 69,7 faiz təşkil edib.

...Əgər “Milli Assosiasiya” səsvermənin ikinci turunda bu dəstəyi qoruyub saxlayarsa, Fransa parlamentində çoxluğu əldə edə biləcək.

Qeyd edək ki, Fransada parlament seçkiləri iyunun əvvəlində keçirilən Avropa Parlamentinə seçkilərdən sonra Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasını (parlamentin aşağı palatası) buraxıb və növbədənkənar parlament seçkiləri elan edib.

...Bu qərara səbəb prezident partiyasının Avropa seçkilərində dağıdıcı uğursuzluğu olub. Fransada qələbə daha sonra rəsmi lideri rusiyayönlü Marin Le Pen olan ifrat sağçı “Milli Assosiasiya” partiyası tərəfindən qazanıldı.

...Parlament seçkiləri öncəsi keçirilən sorğular da Le Penin partiyasının təxminən 35 faiz səslə birinci turda qalib gələcəyini, Makronun partiyasının isə 20-22 faiz səslə üçüncü yeri proqnozlaşdırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə