Kanye Uestə Rusiya vətəndaşlığı verilməsi mümkündür..!

...Dövlət Dumasının mədəniyyət üzrə sədr müavini və deputat Yelena Drapeko hesab edir ki, Kanye Uest Rusiya vətəndaşlığını ala bilər.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Moskva danışır” radiostansiyasında bildirib.

Onun sözlərinə görə, əgər amerikalı reper Rusiya vətəndaşı olmaq istəyirsə və bunu xahiş edirsə, ona belə bir fürsət verilə bilər.

...Əgər o Rusiya vətəndaşlığını istəsə, nəzərə alacaqlar, əgər həqiqətən ölkəmizə münasibəti yaxşıdırsa, niyə də olmasın? Drapeko deyib bunu.

Xatırladaq ki, Kanye Uest Rusiyaya iyunun 30-da gəlib. O, dizayner Qoşa Rubçinskinin qırx illik yubileyini qeyd etməyə gəlib.

...Və bu arada Milonov Kanye Uest və həyat yoldaşını laqeydliklə küçəyə çıxmağı dayandırmağa çağırıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə