Tramp komandası Rusiyada hakimiyyət dəyişikliyi üçün yollar axtarır..?

Mühacirətdə yaşayan rus və ukraynalı müxalif siyasətçi İlya Ponomareva görə, artıq işlərə başlanılıb..?

...Donald Trampın planlarına Rusiyada hakimiyyət dəyişikliyi daxildir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu 2014-cü ildən mühacirətdə yaşayan rus və ukraynalı müxalif siyasətçi İlya Ponomarev ABŞ prezidentliyinə namizədin çevrəsindən olan insanlara istinadən bildirib.

Rusiyalı müxalifətçi onu da qeyd edib ki, Tramp komandası artıq Putini devirmək üçün yollar axtarır.

Qeyd edək ki, İlya Ponomarevin “Seqodnya” kanalına verdiyi müsahibəyə YouTube-da baxmaq olar.

...Rusiyalı müxalifətçi Trampın ABŞ prezidenti olacağı təqdirdə Ukraynanı danışıqlara razı salacağına əmindir və bunun necə baş verəcəyini də izah etməyə çalışır.

...Deməli, Ponomarevin fikrincə, Tramp öz xarakterinə görə ilk növbədə Putinin birinci təklifi ilə razılaşmır, ona görə də o, bunun qəbuledilməz olduğunu bildirib.

İkincisi, Tramp iş adamı olduğu üçün birinci təklifin mütləq rədd edilməli olduğunu bilir, ona görə də mütləq rədd edəcək. Yeganə sual isə onun hansı məqamda dayanmağa qərar verməsidir. Başında cari cəbhə xətti varsa, daha pisdir. Əgər onun beynində Krımın ayrı, qalan hər şeyin ayrı olduğu fikri varsa, Ukrayna üçün bu variant məqbuldur.

...İstənilən halda, barışıq haqqında müvəqqəti qərar olacaq. Bu tamamilə başa düşüləndir. Hələ Putinin aradan qaldırılması məsələsini həll etməliyik. Burada Tramp komandası ilə ünsiyyətdən bildiklərimdən deyə bilərəm: Tramp aydın başa düşür ki, Putini hakimiyyətdən uzaqlaşdırmaq lazımdır və o, bunun üzərində işləyəcək.

Qeyd edək ki, bu da İlya Ponomarevun ehtimallarıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə