İran iqtisadi və mülki obyektlərə zərbələr endirməyib - Abdullahiyan

İran İsrailə qarşı əməliyyat zamanı iqtisadi və mülki obyektlərə zərbələr endirməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İranın İsrailə qarşı hərbi əməliyyatı məhdud idi. İran F-35 təyyarələri üçün uçuş-enmə zolaqlarını hədəfə alıb”, - XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, İsrailin bu ay İranın Dəməşqdəki konsulluğuna etdiyi hücum beynəlxalq razılaşmaların pozulması idi.

Bütün xəbərlər Facebook səhifəmizdə