Meksikada helikopter qəzaya uğrayıb - 3 nəfər ölüb

Meksikanın Morelos ştatında helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Federal Elektrik Komissiyası məlumat yayıb. Hadisə nəticəsində 3 nəfər ölüb.

Qeyd olunur ki, şirkətin helikopteri elektrik yarımstansiyası üzərində planlı kəşfiyyat uçuşu zamanı qəzaya uğrayıb.

Komissiyanın məlumatına görə, CFE əməkdaşları helikopterin qəzaya uğramasının səbəbini müəyyən etmək üçün hadisə yerinə gediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə