“Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Qərbi Azərbaycan İcmasında icmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Urudun “Qərbi Azərbaycan İcmasının kitabxanası” silsiləsindən “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilir. SİA xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının nümayəndələri, dövlət xadimləri iştirak edir.

Kitab müəllifin Zəngəzurun tarixinin öyrənilməsinə həsr olunmuş tədqiqatları əsasında qədim və orta əsr mənbələri, eləcə də arxiv materialları əsasında yazılıb. Monoqrafiyada Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı ətraflı təhlil olunur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə