"Sözün gücü Azərbaycan Prezidentinin xidmətləri qarşısında acizdir" - Məlahət İbrahimqızı

"Fevralın 7-də keçiriləcək seçkilərdə möhtərəm Prezident İlham Əliyevin namizədliyi haqqında danışmaq hədsiz dərəcədə məsuliyyət tələb edir". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı qurumun növbədənkənar yığıncağında ümumi yığıncağında deyib.

"Çünki cənab İlham Əliyev qalib ordu sərkərdəsi, xalqını qalib xalq kimi dünyaya təqdim edən dövlət başçısıdır. Sözün gücü Azərbaycan Prezidentinin xidmətləri qarşısında acizdir",- deyə M.İbrahimqızı bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə