"İlham Əliyev təbliğata və təşviqata ehtiyacı olmayan bir şəxsdir" - Misir Mərdanov

"Görünən dağa nə bələdçi. Azərbaycanda son 20, hətta 30 ildə görülən işlər, qazanılmış qələbələr bunu deməyə əsas verir ki, bizim hər birimiz müzəffər Ali Baş Komandanı 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində dəstəkləməliyik. Cənab İlham Əliyev əlavə bir təbliğata və təşviqata ehtiyacı olmayan şəxsdir. Xalqımız hər şeyi çox yaxşı başa düşür". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov qurumun növbədənkənar ümumi yığıncağında deyib.

"Bir xalq olaraq bizim üzərimizə daha çox məsuliyyət düşür. Allah bizim qarşımıza vəfa borcu qoyub ki, biz bunu layiqincə yerinə yetirək. Bu hadisələr zamanı məsuliyyətimizi dərk etməliyik. Çünki son 30 ildə Azərbaycanda keçirilən həm Prezident, həm parlament seçkilərində bizi istəməyən qüvvələr erməni diasporunun fəaliyyəti nəticəsində qara yaxmağa çalışıb. Dünyada ikili standartlar davam edir. Ona görə də haqq-ədaləti sübut etmək çox çətindir. Məsələn, Sumqayıt hadisələrini ermənilərin özləri törətsə də, günahkar bizi hesab etdilər. Bu kimi bir sıra hadisələr mövcuddur. Biz hər addımda bu məsələni göz önünə gətirmişik. Bütün hadisələrdə olduğu kimi fevralın 7-də də çox fəal iştirak etməliyik. Onların əlində elə bir fakt olmamalıdır ki, bu seçkidə bizə qara yaxsınlar. Bir şeyi də bilməliyik ki, ötən il bu günlərdə Cənab Prezident Qərbi Azərbaycan İcmasının binasına gələrək qeyd etdi ki, "Mən bu ad günümü ailə üzvlərimlə birgə keçirirəm". Bu, bizim üzərimizə mühüm bir məsuliyyət qoydu. Düşünürəm ki, millətimiz, xüsusilə də İcma üzvləri bu məsuliyyəti dərk edir və lazım olanı edəcəklər. Ona görə də hər birimizə bu işdə uğur arzulayıram",- deyə o bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə