"Azərbaycan xalqı öz Prezidenti ilə haqlı qürur duyur" - SƏDR BİLDİRDİ

"Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə sosial, siyasi və iqtisadi sabitlik bərqərar edildi, gələcək iqtisadi inkişaf üçün möhkəm zəmin hazırlandı. Azərbaycan dünya iqtisadi bazarında və siyasi tribunasında öz sözünü deməyi bacaran dövlətə çevrildi". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qurumun növbədənkənar ümumi yığıncağında çıxışı zamanı deyib.

"Bu gün Azərbaycan ölkənin ərazi bütövlüyünü təmin edən güclü orduya malikdir. Bu ordu dünyaya hərbi güc və hərbi əxlaq dərsi verdi. Azərbaycan dövlət başçısı İlham Əliyev və güclü ordu sayəsində öz tarixi torpaqlarımızı geri qaytara və ərazi bütövlüyümüzü bərpa edə bildik. Azərbaycan xalqı öz Prezidenti ilə haqlı qürur duyur. Azərbaycan insanının bütün bu uğurları Ulu Öndərin siyasi kursunun təntənəsi və Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin nəticəsidir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı uğurun qürurunu yaşayır. İlham Əliyev müharibə dövründə olduğu kimi, post-müharibə dövründə də dövlətimiz və millətimiz naminə qətiyyətli, prinsipial siyasət yeritməkdə davam edir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə