"İcma nümayəndəlikləri Fransa və Niderlandda rəsmi olaraq dövlət qeydiyyatından keçib" - Əziz Ələkbərli

"Qərbi Azərbaycan İcmasının nizamnamələrinə əsasən, xarici ölkələrin əksəriyyətində nümayəndəliklərimizin açılması nəzərdə tutulub. Şübhəsiz ki, biz bu il ərzində həyata keçən səfərlər zamanı xarici ölkələrdə kifayət qədər çox Qərbi azərbaycanlıların yaşadığının şahidi olduq". SİA xəbər verir, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

"Bu yaxınlarda Ankarada görüşlərimiz keçirildi. Bir daha qərara gəlindi ki, Türkiyənin müxtəlif universitetlərində Qərbi Azərbaycanla bağlı konfranslar keçirilməlidir. Artıq bu məsələlərlə bağlı ilkin razılaşmalar var",- deyə o əlavə edib.

Ə.Ələkbərli məlumat verib ki, Fransada və Niderlandda Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri rəsmi olaraq dövlət qeydiyyatından keçirilib: "Bu istiqamətdə İcmanın fəaliyyəti davamlı olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə