"Qərbi azərbaycanlıların siyahıyaalma prosesi yekunlaşıb" - SƏDR BİLDİRDİ

"Qərbi Azərbaycan İcması yarandığı ilk gündən xüsusilə sonuncu deportasiya dövründə Qərbi Azərbaycanın 22 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən ermənilər tərəfindən qovulmuş soydaşlarımızın siyahısını tərtib etməyə başladıq". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, bu adlı siyahı artıq yekunlaşıb: "250 mindən artıq Qərbi azərbaycanlıların adlı siyahısı tərtib olunub. Yaxın günlərdə bu siyahı ictimaiyyətə açıqlanacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə