"İcma Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi barədə müxtəlif tədbirlər keçirib" - Əziz Ələkbərli

"24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İcmanın inzibati binasını açılışı zamanı bir qrup ziyalı ilə görüşü İcmanın 2023-cü ildə göstərdiyi intensiv fəaliyyət üçün böyük təkan və stimul olub. Dövlət Başçısının tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. İcma Bakıda və bölgələrdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində çoxsaylı tədbirlər, o cümlədən elmi-praktik konfranslar, seminarlar, festivallar, sərgilər və konsertlər keçirilib". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın hesabat tədbirində deyib.

Sədr bildirib ki, ilin əvvəlində Qayıdış Konsepsiyasının qəbulundan dərhal sonra, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsinin beynəlxalq gündəliyə gətirilməsi istiqamətində sistemli fəaliyyətə başlanıb: "İcma Ermənistanın Baş Naziri Nikol Paşinyana məkub ünvanlayaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməklə, qayıdış mövzusunda dialoqa başlamaq təklifi ilə çıxış edib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə