"Ermənistan BMT-nin mədəni irsimizlə bağlı ünvanlandığı bəyanatı cavabsız qoyub" - Əziz Ələkbərli

“Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına Ermənistan dövlətinin vətəndaşlarının malik olduğu bütün hüquqlara malik olaraq qayıtmalıdır. Onların sosial və iş problemləri həll olunmalı, dövlət strukturlarında təmsil olunmaq hüquqları təmin olunmalıdır”. SİA xəbər verir ki, Gənclər və idman komitəsi “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

“Biz dünya ictimaiyyətinə qısa müddətdə öz həqiqətlərimizi çatdıra bildik. Qərbi Azərbaycan İcmasının qəbul etdiyi qayıdış konsepsiyasında soydaşlarımıza dəyən ziyanın dəyərləndirilməsi və bərpası məsələsi öz əksini tapıb. Görülən işlərə, edilən çağırışlara baxmayaraq Ermənistan rəhbərliyi BMT-nin mədəni irsimizlə bağlı ünvanlandığı bəyanatı da cavabsız qoyub. Necə ki Qarabağ məsələsi bütün dünya azərbaycanlıların məsələsi idi, Qərbi Azərbaycana qayıdış da bütün dünya azərbaycanlılarınən məsələsi olmalıdır. Bu məsələdə hər birimizin üzərinə müəyyən vəzifə düşür. Çünki Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtması onların təməl hüququdur”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə