"Gənclərin Qərbi Azərbaycana qayıdış prosesində rolu labüddür" - KOMİTƏ SƏDRİ

"Bu gün Qarabağı könüllü tərk etmiş ermənilər Qərbi Azərbaycanlıların qayıdışını gündəmdən çıxarmağa cəhd edirlər. Qərbi Azərbaycanlıların qaçqın statusu ilə bağlı bir neçə fakta toxunmaq kifayətdir ki, onların qayıdışı təmin olunsun. Həmin faktlar qısa müddətdə həmvətənlərimizin qayıdışını şərtləndirir. Gənclərin də bu prosesdə rolu labüddür". SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən ictimai dinləmədə komitə sədri Adil Əliyev deyib.

"Tarixi torpaqlarımızın işğalını rəsmiləşdirmək niyyətində idi. Lakin 44 günlük müharibədə qazandığımız qələbə vaxtilə deportasiya olunmuş vətəndaşlarımızın öz dədə-baba yurduna qayıdışını vacib edir",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə