"Qərbi Azərbaycanlıların şəxsiyyət vəsiqələrinə doğulduğu yerin adı yazılacaq" - Əziz Ələkbərli
"Ötən il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasına gəlişi zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının konturları cızıldı və İcma olaraq qarşımızda bir çox konkret məsələlər qoyuldu. Bu məsələlər sırasında, ilk növbədə, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması dayanır. Eyni zamanda, Qərbi Azərbaycanlıların bu ideya ətrafında birləşməsi bizim üçün çox önəmlidir". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
"Qərbi Azərbaycan sakinlərinin şəxsiyyət vəsiqəsində doğulduğu tarixi torpaqlarımızın adları yazılması prosesinə başlanılıb. Yeni şəxsiyyət vəsiqəsi alanlar bunun şahidi olacaqlar. Bu istiqamətdə işlərimiz davam etdirilir",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə