İcma sədri AK Partinin sədr müavini ilə görüşüb

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı Z.Sırakaya qardaş Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışıb.

O bildirib ki, Qərbi Azərbaycan İcması Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması üçün mübarizə aparan təşkilatdır: "Biz öz haqqımızı tələb edirik və öz yurdumuza qayıtmalıyıq. 200 il ərzində ermənilər tərəfindən bir çox deportasiyalara, qırğınlara məruz qalmışıq. Əgər beynəlxalq ədalət varsa, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması təmin olunmalıdır. Qarabağ müharibəsi bitib və bu gün sülhdən danışırıqsa, bu məsələyə də aydınlıq gətirilməlidir. Müharibələr nəticəsində əziyyət çəkən soydaşlarımızın hər biri öz yurdlarında yaşamalıdır".

Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə