"Bəzi dairələrin ikiüzlülüyü qaçqın və məcburi köçkünlər kimi mövzudan yan keçmir" - İcma sədri
"Bəzi dairələrin ikiüzlülüyü və ikili standartları qaçqın və məcburi köçkünlər kimi sırf humanitar mövzudan yan keçmir. Özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələr, Ümumdünya İnsan Hüquqları üzrə Bəyannamə ilə tanınan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə "səlahiyyət" uydurublar. Biz belə ayrı-seçkilik cəhdlərini qətiyyətlə rədd edirik və dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, insanların bütün hüquqlarının bərabərliyi prinsipinin aliliyini vurğulayırıq". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
"Bu mənada, Qərbi Azərbaycan İcması öz səyləri ilə, o cümlədən, bu Beynəlxalq Konfransı təşkil etməklə, təkcə öz məsələsini gündəmə gətirmək deyil, həm beynəlxalq aləmdə qaçqınların və məcburi köçkünlərin qayıdış hüququ məsələsinə ikili standartlar olmadan, etnik və dini ayrı-seçkilik etmədən və xəbis siyasi mülahizələrdən kənar şəkildə baxılmasına töhfə vermək istəyir.
Ümid edirik ki, hər il keçirməyi nəzərdə tutduğumuz bu Beynəlxalq Konfransla biz Sizlərin qiymətli töhfələriniz ilə qayıdış hüququ mövzusunda mühüm beynəlxalq dialoq formatı ərsəyə gətirə biləcəyik. Bu yolda hamımıza uğurlar arzulayıram",- deyə sədr əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB