"Bugünkü gündə belə ermənilər Qərbi Azərbaycanda addəyişmə prosesini həyata keçirir" - SƏDR BİLDİRDİ

“Ermənistanın apardığı etnik təmziləmə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların bütün izlərini silməklə müşahidə olunub. Tarix, adət-ənənə, tarixi abidələr bir ərazinin etnik baxımdan hansı xalqa məxsus olduğunu göstərir. Ermənilər Qərbi Azərbaycanda hər üçünü məhv edərək özününküləşdirməyə çalışıb”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən bugünkü dinləmədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

“Ermənilər XX əsrdən toponimlərimizlə bağlı kütləvi şəkildə addəyişdirmə prosesi həyata keçirib. Sovet dövründə bu, dövlət səviyyəsində həyata keçirilməyə başlayıb. Bu, SSRİ dağılana qədər davam edib. Hətta bugünkü gündə belə davam edir. Ölkə rəhbəri Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə tapşırıq verəndə qarşımıza qoyulan əsas məsələlərdən biri də Qərbi Azərbaycanda tarixi izlərimizin bərpa edilməsi oldu. Əlbəttə ki, Qərbi Azərbaycanlılar öz tarixi yurdlarına qayıdacaqlar. Bu gün "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə verilən şəxsiyyət vəsiqələrində onların doğulduqları şəhər və rayonlar tarixi adları ilə göstərilir. Biz ermənilərlə birgə yaşayışa hazırıq. Lakin Ermənistan da bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bunlardan başlıcası da toponimlərin öz adlarına dəyişdirilməsidir”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə