"Toponimlərin dəyişdirilməsi tarixi izin silinməsi deməkdir" - İsa Həbibbəyli

“Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi əhəmiyyətli tədbirlər Qərbi Azərbayacana Qayıdış Konsepsiyasının ideya müəllifi olan İlham Əliyevin dünyada qətiyyətli lider olmasını ortaya qoyur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı keçirilən dinləmədə İsa Həbibbəyli deyib.

O, bildirib ki, qayıdış konsepsiyasında toponimlərlə bağlı məsələ xüsusi əhəmiyyət kəsb edir: “Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi Ermənistan dövləti səviyyəsində həyata keçirilib. Ardıcıl və sistemli şəkildə Ermənistan dövlətinin qərarları ilə edilib. 1946-1968-ci illərdə Qərbi Azərbaycanın müxtəlif ərazilərində 663 adının dəyişdirilməsi Ermənistan SSR Ali Sovetinin rəsmi qərarları ilə həyata keçirilib. 326 Azərbaycan toponiminin dəyişdirilərək erməniləşdirilməsi haqqında qərar qəbul olunub”.

“Yer adlarının erməniləşdirilməsi açıq şəkildə Azərbayacan toponimlərinə qarşı genosiddir. 1924-cü ildə ilk dəfə bu prosesə başlanılıb. Ermənilər Gümrü şəhərinin adını Leninakan qoymaqla addəyişmə prosesinə başlayıb. Bu, Azərbaycan Prezidentinin dediyi kimi yalnız ad dəyişdirmək deyil, tarixi izin silinməsi deməkdir. Dünyanın başqa ölkələrində də müharibələr olub. Amma dünyanın heç bir yerində ermənilərin Qərbi Azərbaycana qarşı həyata keçirdiyi genosid baş verməyib”,-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə