"Qayıdış bundan sonra sadəcə hüquq və sülhlə olacaq”
“Qərbi Azərbaycanla bağlı Milli Məclisdə ictimai dinləmələr ənənəyə çevrilib. Artıq Milli Məclisdə bununla bağlı dördüncü dinləmə keçirilir”. SİA xəbər verir ki, bu sözləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə bildirib.
“Biz yalnız ölkə daxilində deyil, beynəlxalq istiqamətdə də işlərimizi davam etdiririk. Türkiyədə Qərbi Azərbaycanla bağlı bir neçə dərnək var. Bundan əlavə, Rusiyada da kifayət qədər Qərbi Azərbaycanla bağlı dərnəklər var. Biz əminik ki, Qərbi Azərbaycana soydaşlarımız sülh yolu ilə qayıdacaq. Bir daha bildiririk ki, silah və tankla yox, möhtərəm Prezidentin dəmir idarəsi ilə bu proses olacaq. Bunun üçün hüququ sənədlərin olması xüsusi önəm daşıyır. Qayıdış bundan sonra sadəcə hüquq və sülhlə olacaq”, - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə