İcmada Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib. SİA xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Qurum rəsmisi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında KİV-lərin əhəmiyyətindən bəhs edərkən Qərbi Azərbaycan İcmasının fəaliyyətinin işıqlandırılması məsələsində mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.

Sonda Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq edən mətbuat nümayəndələri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə