"Söz ağızdan çıxan güllədir" - Telli Pənahqızı

"Hər zaman həmkarlarıma tövsiyə edirəm, sözünüzün qədrini, çəkisini bilin". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə əməkdar jurnalist Telli Pənahqızı deyib.

Onun sözlərinə görə, söz bizim ağzımızdan çıxan güllədir: "Nədən başlayırsınızsa, fikirləşin ki, yüzlərlə adamın girdabından keçib minlərlə insana çatır. nə yazırsınızsa, dürüst yazın. Hara getsəniz də özünüz olun. İnsan sözü ilə böyüyür. Qərbi Azərbaycan İcmasının rəhbərliyi sözə qiymət verib, gənc jurnalistləri toplayıb. Ümid edirəm ki, burada olan hər kəs ürəyində Qərbi Azərbaycan boyda dünya aparacaq. Mən də çox xoşbəxtəm ki, o dünyanın bir parçası oldum".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə