"Azərbaycan dünyada qaçqınlıqdan ən çox əziyyət çəkən ölkədir" - SƏDR BİLDİRDİ
"Azərbaycan dünyada qaçqınlıqdan ən çox əziyyət çəkən ölkə, Azərbaycan xalqı da ən çox əziyyət çəkən xalqlardan biridir. 200 ildir ki, xalqımız öz tarixi torpaqlarında deportasiyalara, soyqırımlara, etnik təmizləmələrə məruz qalıb. Zaman-zaman xalqımız öz doğma yurdlarından erməni vəhşiləri tərəfindən qovulub. Təəssüf ki, biz son 30 ildə xalqımızın başına gətirilən müsibətləri, Qarabağ faciəsini dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilsək də, Qərbi Azərbaycan həqiqətlərini kifayət qədər dünya ictimaiyyətinə çatdıra bilməmişik". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qərbi Azərbaycan İcması məhz bu vəzifəni qarşısına məqsəd qoyub: "Bizim əsas hədəfimiz son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələri dünyanın diqqətinə çatdırmaqdır. Son bir neçə ay ərzində Qərbi Azərbaycan İcması bu istiqamətdə xeyli işlər görüb. İlk dəfə olaraq İcmanın bir neçə sənədi BMT-nin tribunasından dünyaya yayılıb. Bu sənədlər BMT-nin bütün rəsmi dillərində 190 dövlət arasında yayılıb. Bu bizim üçün böyük uğurdur. Çünki ilk dəfədir ki, dünya Qərbi Azərbaycan həqiqətləri barədə bizim dilimizdən dəqiq məlumat ala bilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB