"30 ildə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bildik" - SƏDR BİLDİRDİ
“Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında gənclərimizin dəstəyinə ehtiyac var”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas məsələ son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşilik aktlarının gündəmə gətirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır: “Bu gün bizim əsas hədəflərimizdən biri də məhz budur. Son 30 ildə biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik. 44 günlük müharibənin nəticələrinin də beynəlxalq arenada qəbul edilməsində bu məsələnin böyük əhəmiyyəti olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB