"Qərbi Azərbaycan sakinləri öz dədə-baba yurdlarına mütləq qayıtmalıdır" - SƏDR DANIŞDI
"Vətəndaşların Sosial Rifahı" təşkilatı Qərbi Azərbaycanla bağlı həm fotosərginin keçirilməsi, həm də fotoalbomun hazırlanmasına dair layihə hazırlamışıq. Fotoalbom üç dildə olacaq, hansı ki bir daha beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması üçündür". Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə deyib.
Onun sözlərinə görə, layihələrdə tarixi abidələrin, təhsilin, mədəniyyətin, Qərbi Azərbaycandan nə qədər əhalinin çıxarılmasının sübuta yetirilməsi məsələləri öz həllini tapır: "Elə Qeyri-Hökumət Təşkilatı da var ki, qayıdışla əlaqədar təbliğat tədbiri keçirmək istəyir. Doğrudur, Qərbi Azərbaycan İcması fəal işləyir. Amma QHT vətəndaşlarla daha sıx əlaqə yaradıb bu qayıdış prosesində öz rolunu göstərəcəkdir. Buna görə də layihələr koalisiya şəklində verilməlidir. "Azərbaycan Həqiqətləri" koalisiyası və koordinasiya şurası var ki, onlar layihələrini birgə təqdim etməlidir. QHT-lər həm təbliğatların aparılmasında, həm də bütün sahələr üzrə həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm işlər görür. Bildiyiniz kimi, QHT-lər beynəlxalq təşkilatların üzvüdür. Bizim təşkilat da Avropa Şurasının "Şərq tərəfdaşlıq platforması"nın üzvüdür. Oraya 6 ölkə üzvdür, hansı ki içində ermənilər də var. Biz həmin beynəlxalq təşkilatda da təbliğat işləri aparırıq. Çünki insanlar öz dədə-baba torpaqlarına mütləq qayıtmalıdır. Biz İcmaya da öz təkliflərimizi çatdırırıq. Prezident İlham Əliyev də Qərbi Azərbaycan İcmasının binasında etdiyi çıxışda da qeyd etdi ki, Qeyri Hökumət Təşkilatları bu sahədə işlər görür və onlarla sıx əlaqədə olmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB