Şahbuz rayonunun Gömür kəndi möcuzəvi bulaqları ilə zəngindir - FOTOLAR

Qədim diyarımız Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonutəbii gözəllikləri ilə heyranedici bir yerdir. Hündür dağları, coşqun çayları, laləli-nərgizli çəmənlikləri, qaynar bulaqları var. Həmçinin mineral bulaqları ilə də əvəzsiz bir yerdir Şahbuz.

Xarici bazarlarda artıq yerini tutan, sorağı dünyaya yayılan, şəninə mahnılar qoşulan “Badamlı” mineral bulağı var bu diyarın. Hazırda Badamlının müasir texnologiyalar əsasında istehsalı suyun daha geniş yayılmasına şərait yaradıb. Rayonun Keçili kəndində sıldırım dağların qoynundan qaynayıb çıxan Çınqıllı bulağının da xaricə çıxış imkanları genişləndirilib. Bu gün dünyanın saf suya böyük ehtiyac duyduğu bir zamanda bu yeraltı sərvətin insanlara çatdırılması həm də, muxtar respublikanın, Şahbuzun tanıdılmasında böyük əhəmiyyət kəsb edir. Odur ki, Naxçıvana gələn qonaqlar uzaq məsafə qət edərək məşhur Çınqıllı bulağın mənbəyinə getməyə üstünlük verirlər. Dağların arasında yaradılan istirahət guşəsində dincələn, bulağın bumbuz suyundan içən turistlər xoş duyğularla bu yerlərdən ayrılırlar.

Ümumiyyətlə, bu gün dünyada içməli və müalicəvi su imkanlarının qıtlaşdığı bir zamanda bu suların dəyəri bizimçün daha artır. Xoşbəxt insanlarıq ki, hər kəndimizdə belə bulaqlarımız var. Bizim də üzərimizə düşən vəzifələrdən biri bu sərvətin tanıdılması ilə bağlıdır. Çünki hələ də bulaqların mövcud olduğu ərazidə insanların dirilik və şəfa suyu kimi bəhrələndikləri sulardan çoxlarının xəbəri yoxdur.

...Şahbuz rayonunun Gömür kəndində yerləşən mineral bulaqlar da bu sərvətlərin bir parçasıdır. Kəndin ərazisində içməli su ilə yanaşı, mineral bulaqlar da çoxdur. Hamısı da insanlara şəfa mənbəyi kimi Tanrı tərəfindən göndərilib. Bu suların bəzilərindən istifadə edisə də, hələ təbiətin qoynuna axanı, çay suyuna qarışanları var.

Gömürə yolu düşənlər ilk olaraq kəndin girəcəyində “Şəfa bulağı”ilə rastlaşır. Gür suyu ilə tanınan “Şəfa bulağı”ının üzərində bulaq abidə tikilib. Üç gözdən insanlarıa istifadə imkanı yaradılıb. Ətrafında düzəldilən istirahət yeri, qollu-budaqlı söyüd ağacları, əkilən gül-çiçək, qoyulan oturacaqlar xüsusilə yay aylarında bura insan axınını artırır. “Şəfa bulağı” ilə yanbayan “Şor su” yerləşir. Yerin tərkindən qaynayıb üzə çıxan, kəndin sakinlərinin “qotur suyu” adlandırdıqları bu bulağın sudan indi insanların istifadəsi asanlaşdırılıb. Bulağın çardağa salınması, ətrafında istirahət üçün yaradılan şərait sorağını artırır və xüsusilə dəri xəstəliklərində istifadə olunan suyun qonq-qarası şox olur.

Möcuzəvi sulardan biri də kəndin3 kilometrliyində yerləşir. Dağların altından qaynayıb çıxan, təbii qazlı bu mineral bulağın da faydaları çoxdur. Bulağın ətrafındakı ağaclar, minbir rəngə çalan güllər, hərəsi bir dərdin dərmanı olan bitkilər adamı cazibəsinə salır. Saf havasını ciyərlərinə cəkdikcə doymursan bu yerin. Bulağın sırası ilə qamiş bitkilərinin uzanıb getməsini isə coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli əlaqələndirərək dedi ki, bulağın debiti az olsa da, yeraltı mənbəyi zəngindir. Qamiş bitkiləri isə bunu göstəricisidir.

N.Bababəyli axdığı yerdə torpağı qırmızı rəhgə boyayanbulağı göstərərək kükürdlü vulkanik suxurların arasından çıxır, - dedi. Maddələr mübadiləsinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Suyun tempraturu daim 8,6 dərəcədir. Tərkibi əsas hidrogen karbonatd, sulfid, xlord, natrium, kalsium və maqneuzumdan ibarətdir. Bu su həzm prosesinə də müsbət təsir göstərir. O həmçinin kənddə olan daha bir mineral bulağın Darıdağ müalicəvi suyun tərkibi ilə eyni olduğunu bildirir.

Ümumiyyətlə, Gömür kəndindəki bulaqların say çoxluğuna görə bu kəndi də mineral bulaqlar muzeyi adlandırmaq olar. Kənd tam orta məktəbinin müəllimi Əsəd Seyidov deyir ki, Şəfa bulağından Bəndlər dediyimiz massivədək - Gömür körpüsü, ferma massivi, kiçik çay massivi və Gövhər bulağı massivində bulaqlar var. Ta qədimdən mineral bulaqlarımızın şöhrətinə uzaq-uzaq yerlərdən gələnlər olub. Bulağın palçığından dəri xəstəliklərində istifadə ediblər. Həmçinin mədə xəstəliklərində xeyri olan sulardan doldurub aparıblar. Kəndin yuxarı hissəsində çayın lap kənarında olan mineral bulaq isə yay aylarında çayın suyu azalanda üzə çıxır. Bu sudan insanlar böyrək daşlarının əridilməsində istifadə edirlər.

Qeyd edək ki, Naxçıvanın zəngin sərvəti var və mərhələ-mərhələ iqtisadi dövriyyəyə qoşulur. Bu həm muxtar respublikaya şöhrət, həm mənfəət gətirir. Yəqin ki, bu gün Gömür çayına, həmçinin təbiətin qoynuna axan sərvətlərimizdən xəbəri olanlar, bu möcuzəvi suları görməyə, qüdrətini duymağa tələsəcəklər. Həm də bu gün insanların təbiətin füsunkar guşələrinə daha çoxehtiyac duyduğu bir vaxtda. İnanırıq ki, Gömür kəndinin sorağı ilə yola şıxanlar bu gün muxtar respublikanın digər ucqar kəndləri kimi, Gömür kəndinə çəkilən asfalt yollla hərəkət etdikcə ətrafın gözəlliyinə heyranlıqlarını da gizlətməyəcəklər...

Hafizə Əliyeva,

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə