Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə icazə verəcək...

30 ildən sonra

...Böyük Britaniya Ermənistan və Azərbaycana qarşı 30 ildən artıqdır tətbiq edilən silah embarqosunu tamamilə ləğv edəcək və hər iki ölkə ilə münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın xarici işlər naziri Stiven Douti bildirib.

...Sülhün bərqərar edilməsində əldə edilmiş əhəmiyyətli irəliləyişləri və Vaşinqtonda keçirilən son sammitin tarixi nəticəsini nəzərə alaraq Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edəcək, - deyə diplomat bildirib

Xatıaladaq ki, 1992-ci ilin fevralında ATƏT bütün iştirakçı ölkələrdən “Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak edən qüvvələrə bütün silah və sursatların verilməsinə” embarqo qoymağı tələb etdi. Lakin bu tələb artıq aktual deyil, Britaniya Xarici İşlər Nazirinin bəyanatında vurğulanır.

...Bu qərar Böyük Britaniyaya həm Ermənistan, həm də Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək və onların suverenliyini və ərazi bütövlüyünü qorumaq, o cümlədən digər dövlətlərin hibrid təhdidlərinə cavab olaraq səylərini dəstəkləyəcək.

Böyük Britaniyanın xarici işlər nazirinin müavini qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə