Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Dənizkənarı Bulvarda Türkmənistan Milli Pavilyonunun açılışı olub.
SİA xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın mədəniyyət nazirliklərinin müavinləri, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları pavilyonu ziyarət edərək Türkmənistanın milli yeməklərindən dadıb, zəngin kulinariya ənənələri ilə yaxından tanış olublar.
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə həm Türkmənistan, həm də Azərbaycan incəsənət ustalarının ifaları dinlənilib.
Qeyd edək ki, Türkmənistan Mədəniyyət Günləri oktyabrın 15-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə