ATƏT-in Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışlayıb və bu prosesin 2025-ci ilin dekabr ayınadək yekunlaşacağına ümidvar olduğunu bildirib. SİA xəbər verir ki, Elina Valtonen bu barədə oktyabrın 14-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
“Bakı və İrəvanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq. Ümid edirik ki, bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvini tələb etmiş, Ermənistan isə buna razılıq vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB