Türkiyənin aypara formasında coğrafiyası ilə seçilən Qaradəniz bölgəsi, təbii gözəlliklər axtaran səyahətçilər üçündünyanın aparıcı istiqamətlərindən biri kimi tanınır. Gur meşələri, çağlayan şəlalələri, təravətli havası və yaşıl yaylalarıilə bu bölgə açıq hava fəaliyyətləri üçün ideal şərait yaradır. Son zamanlar, Qara dəniz bölgəsi nüfuzlu KAÇKAR BY UTMB dağ ultramarafonuna ev sahibliyi edərək turizm vəmacəra idmanları sahəsindəki potensialını bir daha nümayişetdirdi. SİA xəbər verir ki, beş qitədə 50-dən çox ölkədə keçirilən UTMB DünyaSeriyası, Türkiyəyə ilk dəfə 26–28 sentyabr tarixlərində Rizevilayətinin Çamlıhemşin rayonunda yerləşən gözəl Kaçkardağlarında baş tutan KAÇKAR BY UTMB yarışı ilə gəldi. Yarış 1800-dən çox idmançını dünyanın müxtəlif ölkələrindənbir araya gətirərək bölgəni dözümlülük, macəra və beynəlxalqidman mükəmməlliyinin səhnəsinə çevirdi.
“Vəhşi təbiət izdir” şüarı altında təşkil olunan KAÇKAR BY UTMB yarışı, Türkiyə Gənclər və İdman Nazirliyininhimayəsi altında, Rize Valiliyinin koordinasiyası və TürkiyəMədəniyyət və Turizm Nazirliyi, Türkiyə Turizm Tanıtım vəİnkişaf Agentliyi (TGA), Şərqi Qara Dəniz İnkişaf Agentliyi(DOKA) və çoxsaylı yerli tərəfdaşların dəstəyi ilə həyatakeçirildi. Bu yarış yalnız bir idman tədbiri olmaqlakifayətlənməyib, Qara dəniz bölgəsinin təbii, mədəni vəiqtisadi zənginliklərini qlobal miqyasda nümayiş etdirdi vəTürkiyənin idman turizmi sahəsində yüksələn mərkəz kimimövqeyini daha da gücləndirdi.
Dünyanın dörd bir yanından – Böyük Britaniyadan CənubiAfrikaya, İspaniyadan Çinə qədər – yüzlərlə idmançıKAÇKAR BY UTMB yarışında bir araya gəlib. Onlardünyanın ən çətin dağ ultra marafon marşrutlarından birihesab edilən Kaçkar dağlarında qüvvələrini sınayıblar. Bu ilkiyarışda beynəlxalq səviyyədə tanınan idmançılar – Philipp Ausserhofer, Cole Campbell, Daniel Osanz, Sven Koch, Oğuzhan Emre Singer, Greta García Morán və Dioni Gorlakimi adlar da iştirak edib. Yarış çətin relyef və idmançılarınnümayiş etdirdiyi yüksək dözümlülük sayəsində unudulmazanlarla yadda qalıb.
Marşrut Rize vilayətinin ən məşhur yaylası olan Ayderyaylasından başlayıb. İdmançılar yarış boyunca Kaçkarlarındumanlı zirvələrindən, dərin dərələrdən və tarixi yaylalardankeçərək fiziki və mənəvi güclərini sınayıblar. Yarışın start nöqtəsində Ayder sakinləri idmançıları ənənəvi geyimlərdəqarşılayıb. Onlara bölgənin mədəni simvollarından biri olan vəUNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxiledilmiş tulum musiqi alətinin sədaları müşayiət edib.
Güclü qar yağıntısı və təhlükəsizlik riski səbəbilə KAÇKAR BY UTMB yarışlarının 100 kilometr məsafəli mərhələsi ləğvolunub. Buna baxmayaraq, 50K və 20K yarışlarında iştirakedən idmançılar əzmkarlıq və dözümlülük nümayiş etdirərəkmarşrutlarını uğurla başa vurublar.
50 kilometr məsafəli yarışda qadınlar arasında Jasmin Nunige05:21:52 nəticə ilə birinci olub. Kişilər arasında isə Cole Campbell 04:29:19 göstərici ilə qələbə qazanıb. 20 kilometrməsafədə qadınlar kateqoriyasında Beyza Güzel (02:28:25), kişilər arasında isə Mestan Turgan (01:59:20) birinciliyəyüksəlib. Üç gün davam edən gərgin mübarizənin ardından 28 sentyabr tarixində keçirilən təltifetmə mərasimində qaliblərmükafatlarını alıblar.
Qara dəniz bölgəsində idman turizmini təşviq etmək vəTürkiyənin beynəlxalq ultra-trail arenasında mövqeyinigücləndirmək məqsədilə təşkil olunan KAÇKAR BY UTMB, yalnız bir idman yarışı olmaqdan çıxaraq çoxşaxəli bir tədbirəçevrildi. Yarış zamanı idmançılar tarixi karvan yolları vəçoban cığırları ilə irəliləyərək, zəngin ənənələr və əfsanələrlədolu qədim kəndlərdən, həyat dolu yerli icmalardan keçdilər. Mədəniyyət və təbiətin qovuşduğu bu unikal ultra marafon, iştirakçılara unudulmaz bir alp macərası yaşatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə