“Putin bütün cəbhələrdə müharibəni uduzur...”

Əsas zərbə rejimin iqtisadiyyatına dəydi...

...Rusiya Ukraynada cəbhə xəttində məğlubiyyətə uğrayır və Ukraynanın pilotsuz təyyarələrin neft infrastrukturuna uğurlu hücumları səbəbindən ölkə iqtisadiyyatı sürətlə pisləşir.

SİA-nın məlumatına görə, bu barədə National Security Journal yazır.

Daily Telegraph-ın köşə yazarı Ambroz Evans-Pritçard, Kremlin böyük ümid bəslədiyi Rusiyanın yay hücumunun uğursuzluğa düçar olduğunu vurğulayır.

Gündə təqribən 800 nəfər itki verirdi, lakin Moskva öz strateji məqsədlərinə nail ola bilmədi. Ukrayna Donbasda möhkəmləndirilmiş müdafiə xəttinə malikdir və rus qoşunları “qalalar kəməri”ni aça bilməyib. Putin rejiminə əsas zərbə başqa istiqamətdən - iqtisadi tərəfdən dəydi. Ukrayna pilotsuz təyyarələri Rusiyanın neft emalı gücünün 38 faizə qədərini sıradan çıxarıb. Nəticədə ölkənin iyirmi rayonunda yanacağın norması tətbiq edilib, yanacaqdoldurma məntəqələrində benzin satışı məhdudlaşdırılıb.

...Goldman Sachs-ın məlumatına görə, Rusiya neft hasilatı sutkada 9,7 milyon barelə düşüb və 7,5 milyon barelə də düşə bilər. Neft, qaz və kömür ixracından əldə olunan gəlirlər son üç ilin ən aşağı səviyyəsinə düşüb və bu, Kremlin müharibəni maliyyələşdirmək imkanlarını zəiflədir.

...Ukraynanın keçmiş müdafiə naziri Andriy Zaqorodnyuk qeyd edib ki, “Rusiya öz strateji aktivlərini müdafiə edə bilməz” və “ənənəvi müharibə ölüb”- texnologiya və ucuz pilotsuz təyyarələr həlledicidir.

...Polşa baş nazirinin müavini Radoslav Sikorski “The New York Times”da vurğulayıb ki, Putini danışıqlar masasına oturtmağın yeganə yolu Moskvanı hər hansı qələbə şansından məhrum edərək Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirməkdir.

...Rusiyanın yeni ərazilərə ehtiyacı yoxdur. O, onsuz da sahib olduqlarının qayğısına qalmağı öyrənməlidir. İmperiyalar dövrü bitib.

Bunu Sikorski deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə