Zelenskinin onun vətəndaşlığını ləğv etməsindən sonra...
...Odessa meri Gennadiy Truxanov vətəndaşlığının ləğvindən sonra şəhəri və ya Ukraynanı tərk etmək fikrində olmadığını bildirib.
Daha əvvəl bildirilmişdi ki, Vladimir Zelenski Odessa merinin Ukrayna vətəndaşlığını ləğv edən fərman verib. Siyasətçi hesab edir ki, bu, onu gələcək mer seçkilərindən kənarlaşdırmaq üçün atılan addımdır, çünki o, seçkilərdə qalib gələcəkdi.
SİA-nın məlumatına görə, Truxanov da Rusiya pasportuna malik olduğunu bir daha təkzib edib.
O, bildirib ki, hökmdən məhkəməyə şikayət etməyi planlaşdırır.
Ukrayna qanunlarına görə, Truxanov 2014-cü ilin may ayından bu vəzifəni icra etdiyi mer vəzifəsindən avtomatik olaraq məhrum edilir. İndi onun istefası gözlənilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə