...ChatGPT-nin tərtibatçısı olan OpenAI, süni intellekt sistemləri üçün öz prosessorlarını inkişaf etdirmək üçün Amerika çip istehsalçısı Broadcom ilə tərəfdaşlıq elan etdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The New York Times yazır.
Bu qərar, sürətləndiriciləri artıq süni intellekt modellərini hazırlamaq və idarə etmək üçün istifadə edilən Nvidia və AMD ilə OpenAI-nin çoxmilyardlıq müqavilələrindən sonra verilib.
Şirkət indi bu təchizatçılardan asılılığını azaltmaq və öz inkişaf imkanlarını genişləndirmək niyyətindədir.
OpenAI-nin baş direktoru Sem Altmanın sözlərinə görə, öz sürətləndiricilərinin hazırlanması “cüni intellekt texnologiyalarını inkişaf etdirmək üçün infrastruktur quran tərəfdaşların ekosistemini gücləndirəcək”.
Broadcom ilə birgə çiplərin təxminən 10 giqavat enerji istehlak edəcəyi gözlənilir.
OpenAI daha əvvəl 16 giqavat birləşmiş enerji istehlakı ilə Nvidia və AMD çiplərindən istifadə etməyə hazırlaşdığını açıqlamışdı.
OpenAI ABŞ-da, o cümlədən Texas, Nyu-Meksiko, Ohayo və digər ştatlarda fəal şəkildə məlumat mərkəzləri qurur.
Böyük texnoloji şirkətlərin - OpenAI, Amazon, Google, Meta və Microsoft-un 2025-ci ilin sonuna kimi süni intellekt infrastrukturunun yaradılmasına ümumilikdə 325 milyard dollardan çox vəsait xərcləyəcəyi təxmin edilir.
Broadcom birbaşa OpenAI-a sərmayə qoymasa da, tərəfdaşlıq şirkətə bazardakı mövqeyini gücləndirməyə və hazırda süni intellekt bazarında Nvidia-dan asılılığını azaltmağa imkan verəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə