Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24611 nəfər və ya 0,24 faiz artıb. SİA xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Belə ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə