Cırcırama qanadları yeni dron dizaynlarına ilham verir - ARAŞDIRMA

Ağıllı dizaynlar barədə danışarkən rahatlıqla deyə bilərik ki, onların təbiətdəki nümunələrindən daha yaxşısını düzəltmək çətindir. Bunun üçün Avstraliyadakı tədqiqatçılar gələcək dronların dizaynını yaxşılaşdırmaq üçün təbii dünyadakı ən qədim uçan maşınlardan birinin orijinal planlarına qayıtmağa qərar verdilər. SİA həmin araşdırmanı təqdim edir.

Son illərdə dronların praktik istifadəsi sürətlə artıb. Pilotsuz təyyarələr təhlükəsizlik qüvvələri, film, fotoqrafiya, vəhşi təbiəti qorumaq və daha çox sahədə həyatımızın bir parçası halına gəlib.

Koronavirus epidemiyası dövründə pilotsuz təyyarələr qida və reseptlər kimi vacib maddələrin öz izolyatorlarına çatdırılması üçün bir vasitə olaraq istifadə edildi. Bununla da dəyərli və faydalı bir texnologiya olduğunu sübut etdi. Lakin bütün texnologiyalarda olduğu kimi burada da yeniliyi davam etdirmək lazımdır, çünki texnologiyanın faydaları və istifadəsi onun inkişafından asılıdır.

Professor və layihə rəhbəri, Cənubi Avstraliya Universitetindən Cavan Kal 300 milyon illik bir aviasiya möcüzəsi olan cırcıramadan ilham aldı. Doktorant qrupu tərəfindən cırcırmanın havada süzülmə, naviqasiya və akrobatika sahəsindəki xüsusi bacarıqları araşdırıldı. Bu canlının təyyarə dizaynlarına əvəzsiz mühəndis məlumatları verə biləcəyinə inanılır.

Kal bildirib ki, cırcıramalar bütün uçuş sahələrində son dərəcə professionaldır. Yaşamaq üçün bu belə də olmalıdır. Kişi cırcırama doğulduğu andan ölənə qədər rəqiblərinə qarşı davamlı və təhlükəli bir mübarizə aparır. Cütləşmə qadınların havadan izlənməsini tələb edir və daim yırtıcılardan çəkinməlidirlər. Uçuş qabiliyyətləri, sağ qalmalarını təmin etmək üçün milyonlarla il ərzində inkişaf edib.
Davam edən epidemiya səbəbindən uzaqdan işləyən qrup "Drones" jurnalında nəşr olunan və cığır açacaq bir iş hazırlamaq üçün mübarizə aparır. Laboratoriyada evdə hazırladıqları prototipləri bir araya gətirən qrupun bir çox yeni tip pilotsuz təyyarə yarada bilməsi ehtimalı sənaye sektorunda həyəcan yaradıb.

Qanadların 3D görüntüləri hazırlanıb

Ancaq tədqiqatçılar üçün cırcırama böcəklərinə zərər vermədən tutmaq çətindir və böcəyin bənzərsiz bədənini öyrənmək üçün daha yaradıcı yollar tapmaqda çətinlik çəkirlər.

Bu yollardan biri, muzey kolleksiyalarından 75 fərqli cırcırama növünün qanad simmetriyasını çəkmək üçün inkişaf etdirdikləri optik bir texnika idi. Dünyada ilk dəfə həyata keçirilmiş bu təcrübədə üç ölçülü qanad şəkilləri yaradıldı.
Kal deyir ki, cırcırama qanadları onlarda üstün aerodinamik performans yaradan yüksək qaldırma-sürtünmə nisbətinə sahib olan uzun, yüngül və sərt bir quruluşdur.

Mövcud vasitələrə böyük üstünlük verə bilər

Ümumiyyətlə enerji qənaəti olmayan böyük həcmli dron dizaynları ilə müqayisədə, cırcıramadan ilham alınan pilotsuz təyyarələrin yükü artırmaqla daha yaxşı və sabit aerodinamik uçuş əldə edə biləcəyi düşünülür.

"Cırcırama yüksək sürətlə fırlana və öz bədən çəkilərinin üç qatından çoxunu daşıyarkən havaya qalxa bilər. Təbiətin ən təsirli yırtıcılarından biridir, 95 faiz müvəffəqiyyət nisbətiylə ovlarını hədəf alır, təqib edir və tutur. Bu böcəklər barədə öyrənməli çox şey var"-deyə Kal vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə