ABŞ Rusiyanın “qiyamət silahı”ndan dəhşətə gəldi

Amerika nüfuzlu mexanika jurnalı “Popular Mechanics” yazır ki, Rusiya dəhşətli “Poseydon” qiyamət torpedosunun sınaqlarını keçirir.

SİA xəbər verir ki, nəşr Rusiyanın demək olar ki, məhdudiyyətsiz bir məsafəyə sahib olan, iki meqatonluq döyüş başlığını daşıya biləcək və çox qısa vaxtda Amerika sahillərindəki hədəflərə çatacaq bu silahı bu il daha təkmilləşdirdiyini yazır.

Jurnalın yazdığına görə, okean məsafələrini qət etməyə qadir olan “Poseydon” sahil şəhərlərini məhv edən güclü bir sunami yaratmaq üçün hazırlanmış bir termonüvə döyüş başlığı alacaq.

Nəşr qeyd edir ki, tənqidçilər dəfələrlə Rusiya nüvə torpedosunu ələ salıblar, lakin Rusiyanın bu “qiyamət silahı”na ciddi yanaşdığı artıq aydındır. “Bəs ölkə sonda bunları nəql etmək üçün lazım olan 30 torpedo və 4 sualtı qayığı inşa edəcəkmi? Bu yaxşı bir sualdır”- deyə jurnal yazır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə