Rusiya kosmosa Qaqarinin adını daşıyan kosmik gəmi göndərdi - VİDEO

Baykonur kosmodromundan kosmosa çıxan ilk insanın- Qaqarinin adını daşıyan “Soyuz MS-18” idarəedilən kosmik gəmi “Soyuz-2.1a” raketi ilə kosmosa göndərilib. SİA xəbər verir ki, bu barədə Roscosmos Twitter-də xəbər verib.

"Kosmik tarixdə ilk insanın kosmosa uçuşunun 60-cı ildönümünün rəsmi emblemi olan bir lövhə raketə birləşdirilib"- Roskosmos qeyd edib.

İlk insanın kosmosa uçuşunun 60-cı ildönümünə təsadüf edən buraxılış Moskva vaxtı ilə 10: 43-də baş verib. Beynəlxalq Kosmik Stansiyanın (ISS) “Rassvet” moduluna qoşulma saat 14: 07-ə planlaşdırılıb.

Elçin

https://www.youtube.com/watch?time_continue=2&v=mtV6kyKvlpk&feature=emb_logo

Bütün xəbərlər Facebook səhifəmizdə