Bir sıra ölkələrdə"İstagram" sosial şəbəkəsinin işində qüsurlar müşahidə edilir

"İstagram" sosial şəbəkəsinin işində ABŞ və bir sıra digər ölkələrdə qüsurlar müşahidə edilir.

SİA-nın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, ABŞ-dan olan istifadəçilərin 71 faizi sosial şəbəkənin xəbər lentində, 15 faizi hesaba daxil olan zaman, 12 faizi isə sayta daxil olan zaman problemlərlə qarşılaşıblar.

Bildirilir ki, sosial şəbkənin işində qüsurlar həmçinin Böyük Britaniya, Kanada və Almaniyada da qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə