"iphone" dünyanın ən çox satılan telefon markası olub. "Huawei" satışlarda yüzdə 42 faiz azalıb. Keçən il aparılan araşdırmalara görə, satılan hər 4 telefondan biri "iphone" olub. Apple şirkəti 2020-ci ilin son aylarında 90 milyon satış edərək yüzdə 22 faiz artıma nail olub. Beləliklə, "Apple"ın qlobal smartfon bazarındakı payı yüzdə 23,4 faizə yüksəldi. Son illərdə sürətli bir şəkildə artan Çin istehsalı olan "Huawei" markasının satışlarında ABŞ-ın keçmiş prezidenti Donald Trampın sanksiya qərarları səbəbindən kəskin bir azalma görüldü.
SİA-nın araşdırmalarına görə "iPhone" satışları, dünyanın ən yaxşı telefonlarını satan Cənubi Koreyalı "Samsung" satışlarını da üstələdi. "Samsung" son dövrdə 73.9 milyon telefon satıb. "Huawei"nin son rüb satışları yüzdə 42,4 faiz azalaraq 32 milyona çatıb. 2021-ci ildə şirkətin ilk gəliri 100 milyard dolları keçib. Xatırladaq ki, şirkət 2019-cu ildə də noyabr, dekabr aylarında 91.8 milyard dollar qazanıb.
"İPhone" satışlarından əldə edilən gəlir, keçən ilin oktyabr ayında illik nisbətdə 17,2 faiz artaraq 65,6 milyard dollara yüksəlib.
Eyni dövrdə "iPad "satışları yüzdə 41,1 faiz artaraq 8.4 milyard dollara, "Mac"satışları isə yüzdə 21.2 faiz artaraq 8.7 milyard dollara yüksəlib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə