“Mercedes-Benz” şirkəti qüsur səbəbindən 264 mindən çox avtomobilini geri çağırır

Almaniyanın “Mercedes-Benz” şirkəti alovlanmaya səbəb ola biləcək qüsur səbəbindən istehsal etdiyi 264 mindən çox avtomobilini geri çağırır.

SİA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Almaniya Federal Avtomobil Nəqliyyatı Departamentinin qiymətləndirilməsinə görə, geri çağırılan avtomobillər 2016 - 2020-ci illərdə istehsal edilmiş 120 766 ədəd “C” və “GLC” sinfinə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə