Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub

2021-ci ilin fevral ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

SİA bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı yanvar ayı ilə müqayisədə 1,43 faiz azalaraq 44,05 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 1,5 faiz artaraq 32,95 faiz olub.

"Apple" smartfonlarının payı isə yanvarla müqayisədə 1,04 faiz azalıb və 13,68 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 5,29 faiz, LG-nin payı 0,54 faiz, "Lenovo"nun payı isə 0,5 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...