Rusiya "Orion-E" pilotsuz təyyarəsinin ixracına icazə verdi

Abu-Dabidə keçirilən İDEX-2021 beynəlxalq silah sərgisində ixrac məqsədli çoxfunksiyalı Rusiya pilotsuz təyyarəsi nümayiş olunub. Sərgi zamanı müxtəlif silahlarla təchiz olunmuş “Orion-E” modeli təqdim edilib.

"Kronstadt" ASC şirkətinin nümayəndəsi TASS-a bildirib ki, PUA tamamilə Rusiya istehsalı komponentlərdən ibarətdir. Qeyd olunub ki, yerüstü idarəetmə stansiyası (NSC) həm zərbə, həm də kəşfiyyat dronlarını tək bir dövrədə idarə etməyə imkan verir. Bundan başqa, "Kronstadt" hər hansı bir PUA növünün istifadəsinə imkan verən universal bir NSU inkişaf etdirir.

“Orion” pilotsuz təyyarələrinin testlərinin başlaması 2016-cı ilin may ayında bildirilib. 2017-ci ilin iyul ayında “Orion” dronunu zərbə PUA-sına çevirməyə qərar verdilər. İndiyədək şirkət bu PUA-nı ancaq Rusiya ordusu üçün hazırlayırdı, ixrac edilməsi nəzərdə tutulmurdu. Görünür PUA-ların satışına tələbat artdığından “Orion”-un bu modeli artıq dünya bazarına çıxarılır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə