"Tesla" şirkəti "Y" model elektrik krossoverinin büdcə versiyasının satışını dayandırır

"Tesla" şirkəti "Y" model elektrik krossoverinin büdcə versiyasının satışını bazara çıxmasından cəmi bir ay sonra dayandırır.

SİA-nın məlumatına görə, bu barədə "Electrek" internet portalı bildirib.

Məlumata əsasən, tək bir şarjla təxminən 392 km məsafəni qət etməyə qadir olduğu "Standard Range" adlı elektrik enerjisi ilə işləyən avtomobilin konfiqurasiyası şirkətin veb saytındakı konfiquratordan çıxarılıb.

Avtomobilin ilkin qiyməti 42 min dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...