"Telegram"ın işində problemlər yaranıb

"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində problemlərlə üzləşiblər.

SİA-nın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Telegram"ın işində texniki problemlər əsasən Rusiya, Belarus və Ukraynada müşahidə edilib.

İstifadəçilərin təxminən 93 faizi serverə qoşulmaqda, 6 faizi isə ismarıc göndərməkdə çətinliklə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə