Enşteynin nisbilik nəzəriyyəsi təcrübədə necə təsdiqləndi? - ELMİ İNQİLAB

Sergey Zamozdra: “Elmdəki bu inqilabın arxasında Sovet alimləri dayanır”

Qravitasiya dalğalarının aşkarlanması üzərində işləyən beynəlxalq alimlər qrupu bu işdə müvəffəq olduğunu açıqladı. Albert Enşteynin nisbilik nəzəriyyəsini təcrübədə təsdiqləmək mümkün oldu.

Rusiya alimləri, LIGO beynəlxalq layihəsində başladığı andan- 1992-ci ildən etibarən bəri çalışırlar. Cazibə dalğalarının mövcudluğunun nəzəri əsaslandırılması isə XX əsrin 60-cı illərində ortaya çıxıb.

Çelyabinsk Dövlət Universitetinin nəzəri fizika kafedrasının dosenti Sergey Zamozdra Pravda.Ru-ya verdiyi şərhdə Sovet alimləri Vladislav Pustovoytun və Mixail Hertsenşteynin keçən əsrdə bu işə mühüm nəzəri töhfə verdiyini xatırladı. Rus fiziki Vladimir Braqinsky, Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsi əsasında məktəb yaratdı. Aktiv və savadlı tələbələr bu layihədə fəal iştirak edə bilirdilər və məktəb mühüm nəticələr əldə edirdi. Moskva Dövlət Universitetinin Fizika kafedrasının professoru Valeri Mitrofanov, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Sergeyev və digər alimlərin rəhbərlik etdiyi elmi qruplar təcrübələrdə fəal iştirak etdilər.

Mütəxəssis qeyd edir ki, beləliklə, Nobel mükafatına layiq olan uzunmüddətli bir iş başa çatıb: "Əvvəla, bunlar yeni məlumat kanallarıdır. Qravitasiya dalğaları sanki qalaktikalar vasitəsilə, geniş fəzalar arasında yayılır. Belə çıxır ki, onların köməyi ilə nələrin baş verdiyini özümüzdən çox uzaqda tapa bilərik. Elm Kainatı öyrənmək üçün yeni bir vasitə əldə etdi. İkincisi, bir sıra nəzəriyyələr, xüsusilə də Albert Einşteynin ümumi nisbilik nəzəriyyəsi yenidən təcrübi sınaqdan keçirildi. Və artıq alətləri istifadə edərək, məsələn, astrofizika səhv nəzəriyyələri rədd edərək və etibarlı olanları dəqiqləşdirərək inkişaf etməyə davam edəcəkdir.

Sergey Zamozdra vurğulayır ki, bu, bəlkə də fiziklərin köhnə arzusuna aparan yoldur- kvant qravitasiyası nəzəriyyəsinin yaranmasını və ehtimal ki, hətta böyük birləşmə nəzəriyyəsini vahid şərtlər və tənliklərlə izah edən bir yol.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə