Ən son Rusiya hərbi texnologiyalarının parametrləri açıqlandı - RƏQƏMLƏR

Keçmiş Müdafiə Naziri və Ətraf Mühitin Mühafizəsi üzrə Prezidentin Xüsusi Nümayəndəsi Sergey İvanov 2018-ci ildə təqdim olunan ən yeni Rusiya silah sistemlərinin yaradılması üçün büdcədən sərf olunan xərclərdən danışıb. Onun sözlərinə görə, bunlar Silahlı Qüvvələrin cari trilyonluq büdcəsi üçün demək olar ki, hiss olunmayan xərclərdir.

"Bunu vəiyyəti gərginləşdirmədən etdik. Gərəksiz təbliğat, səs-küyü olmadan. Nə vaxt etdik, o vaxt da elan etdik. İldə 10-20 millyard rubl ayırmaqla bu proyektlər reallaşdırılır"-deyə İvanov Moskvadakı Rus Hərbi Tarix Cəmiyyətinin tədbirində çıxış edərkən bildirib.

2018-ci ildə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə bir mesajında ​​hipersəsli silahların – “Avanqard” və “Kinjal” komplekslərinin yaradılmasından danışdı.

Bu raketlərin hər hansı bir hava və raketdən müdafiə sisteminə nüfuz edə biləcəyini qeyd etdi. Həm adi, həm də nüvə yüklərini 2 min kilometrə qədər məsafədə daşıyırlar. "Avanqard" səs sürətinin 20 qat sürəti ilə hərəkət edə bilir.

Daha sonra Rusiyada sürəti M=9 (Mah sayı) olacaq və uçuş məsafəsi 1000 kilometrdən çox olacaq “Tsirkon” hipersəsli qanadlı raketinin yaradıldığı məlum oldu. “Tsirkon”un həm mövcud, həm də inşası davam edən olan yerüstü və sualtı gəmiləri təchiz etməsi planlaşdırılır.

Sınaqlar zamanı “Tsirkon” raketlərinin sürəti M=8-i keçdi. Sınaqların son mərhələsi 2021-ci ilə planlaşdırılan təlimlərdə olacaq, bu raketlər sualtı qayıqlardan buraxılacaq və bundan sonra Müdafiə Nazirliyi ardıcıl tədarükə başlamağı planlaşdırır.

Rusiya Donanması üçün gözlənilən bir başqa yenilik də “Poseydon” sualtı pilotsuz gəmisi idi. Bu gəmilər nüvə elektrik stansiyası ilə təchiz olunub, buna görə hərəkət məsafəsi məhdud deyil. Döyüş başlığı şərti və ya nüvə ola bilər. Lazımi əraziyə çatdırmaq üçün sualtı qayıqlardan istifadə olunur, özü də sualtı qayıqlardan daha sürətli və 1 kilometr daha çox dərinliyə dalma qabiliyyətinə malikdir.

“Peresvet” lazer kompleksi isə artıq 2019-cu ilin dekabrından Rusiya Strateji Raket Qüvvələrində xidmətə başlayıb. Federal Məclisə məktubunda ​​Putin “Peresvet”in texnologiyasının yeni fiziki prinsiplərə söykəndiyini söylədi. Mütəxəssislərin fikrincə, bu texnika ehtimal ki, zenit və raket əleyhinə müdafiə tapşırıqlarını yerinə yetirir, lakin onunla bağlı məlumatların əksəriyyəti məxfidir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə