“Die Welt”: Avropaya Rusiya sürprizi - “Sputnik-V” ən yüksək effektivlik göstərdi

“Die Welt”: Avropaya Rusiya sürprizi - “Sputnik-V” ən yüksək effektivlik göstərdi

Rusiya koronavirusa qarşı özünün "Sputnik V" vaksininin yüksək effektivlik nəticələri ilə Qərb ölkələrininə sürpriz edib. SİA xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti yazıb.

"Bazara erkən daxil olan koronavirus peyvəndi və onun sınaqlardakı yüksək effektivliyi göstərdi ki, Rusiya kosmik gəmilər və nüvə raketləri yaratmaqdan başqa, daha fərqli texnologiyalarda da güclüdür- deyə qeyd edilən yazıda vaksinin Yerin ilk süni peykinin adını daşımasına da diqqət çəkib.

Qəzet peyvəndin effektivliyinin, habelə xaricdə istifadəsinə dair razılaşmaların Rusiyaya siyasi olaraq daha böyük nüfuz qazandırdığını vurğulayıb.

2 fevralda "Lancet" elmi-tibbi jurnalı, "Sputnik V"- nin 3-cü mərhələsi testlərinin nəticələrinin koronavirusa qarşı 91,6% effektivliyini göstərdi. Peyvəndin sınaqdan keçirilməsində 20 minə yaxın insan iştirak edib.

"Sputnik V" koronavirusa qarşı qeydə alınmış ilk Rusiya peyvəndidir, koronavirus geninin daxil olduğu başqa bir adenovirus əsasında yaradılmışdır. Hüceyrələrə daxil olduqda, içərisində toxunulmazlığa səbəb olan zülallar meydana gətirir və antikorların inkişafına kömək edir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə