Azərbaycanda “Google Chrome” brauzerinin payı ötən illə müqayisədə artıb

Azərbaycanda “Google Chrome” brauzerinin payı ötən illə müqayisədə artıb

2021-ci ilin yanvarında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı ötən ilin dekabr ayı ilə müqayisədə 0,33 faiz artıb.

SİA “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir ki, “Chrome” brauzerinin bazarda payı 78,02 faiz təşkil edib.

“Safari” brauzerinin yanvar ayında payı dekabrla müqayisədə 0,92 faiz azalaraq 9,56 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,14 faiz artaraq 5,14 faizə bərabər olub.

Eyni zamanda, yanvar ayında “Opera” brauzerinin internet bazarında payı 0,52 faiz artaraq 3,78 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 0,15 faiz artaraq 1,47 faiz, "Mozilla Firefox"un payı 0,62 faiz azalaraq 0,62 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə