Dünyada qlobal smartfon tədarükünün həcmi 2020-ci ildə 8.8 faiz azalıb

Qlobal smartfon tədarükünün həcmi 2020-ci ildə 8.8 faiz azalıb.

SİA gündəlik İKT xəbərləri verən "Digitimes Research" nəşrinə istinadən bildirir ki, satışların azalması koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla əlaqələndirilir.

Ən böyük eniş keçən ilin birinci yarısında qeydə alınıb, lakin ilin sonunda temp yavaşlayıb.

5G smartfonların satışları daha çox dəstəklənib. Ən çox bu cihazlardan "Samsung" sata bilib. İkinci "Apple", üçüncü yerdə isə "Huawei" qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə