"Facebook" "WhatsApp" istifadəçilərinin şəxsi yazışmalarını əldə etməyəcək

"WhatsApp" messencerinin yeni siyasəti "Facebook"a istifadəçilərin şəxsi yazışmalarını əldə etmək vermir.

SİA-nın məlumatına görə, bu barədə "WhatsApp"ın yayımladığı bəyanatda deyilir.

Qeyd olunur ki, "Facebook" həm də istifadəçilərin əlaqə siyahısını da görməyəcək:

"WhatsApp", eləcə də "Facebook" sizin şəxsi yazışmalarınızı görmür və zənglərinizi dinləmir. "WhatsApp" yazışmaların və zənglərin qeydiyyatını aparmır və əlaqələrin siyahısını "Facebook"la paylaşmır".

Açıqlamada bildirilib ki, messencerdə qrup yazışmaları da gizlin qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...